MÜRƏKKƏB SÖZLƏR




AZƏRBAYCAN RESPUBLİKASI   TƏHSİL NAZİRLİYİ            
 









Şəhər:    Bakı


Məktəb: T.Heybətov adına 126 saylı tam orta    
                məktəb

Sinif: V                    
                    
Fənn: Azərbaycan dili                    

Mövzu: Defislə yazılan mürəkkəb sözlər                    
                    
Müəllim: Cəmilə Hətəmova                        

Təlimçi:


 



                     Tarix: 13.09.2013
 
                     


Azərbaycan dili
             
Mövzu: Defislə yazılan mürəkkəb sözlər         
Standartlar :
·         2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.
·         2.1.1. Lüğətdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
·         4.1.2.Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.
Məqsəd:
·    Mətndə qarşılaşdığı yeni söz lərin  izahını lüğətdə verilmiş izahla müqayisə edir;
·    Mətndə sətraltı ifadə olunmuş cümləni izah etməklə əsas fikri müəyyənləşdirir;
·    Mürəkkəb sözlərin yaranma yollarını izah edir;
·    Mürəkkəb sözlərin defslə və bitişik yazılış qaydalarına əməl edir.
 Fəndaxili inteqrasiya: St.2.2.3. Mətnin tərkib hissələrini fərqləndirir.

İş üsulu: Beyin həçləsi,  T - sxem, Müzakirə,   
                     
İş forması : Siniflə birgə, fərdi, kiçik qruplarda

Resurslar: Lüğət, Dərs vəsaiti. Metodik vəsait. Mövzuya dair  elektron resurs nümunələri, Əyani vasitələr,  İKT,  sual kitabçaları və s.

Dərsin gedişi:

Motivasiya:
                          
 


 Yönəldici suallar:                                                                   
“Kitabi-Dədə Qorqud” dastanından bu şeir parçasını oxuyuram.
http://azerbaijans.com/uploads/kitabidedgorgur.jpg
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya...


Kəndxuda və muzdur hekayəsinin məzmunu ilə bu şeir parçasını əlaqələndirirəm.

     



 Tədqiqatın aparılması:

Mən dərslikdən istifadə edərək, tədqiqat işini təşkil edirəm. Mətni şagirdlərə hissə-hissə oxutdururam. Mətindaxili sualları şagirdlər cavablandırır. Mətinə uyğun bir neçə Atalar sözlərini səsləndirməni təşkil edirəm. Bu şagirdlərdə situasiyaya uyğun atalar sözü və məsəl seçmək bacarığını inkişaf etdirir.
Eyni zamanda mətn oxunarkən rast gəlinən yeni sözlərin mənasını cümlənin kontekstinə əsasən müəyyən edirlər və lüğətdəki sözlərlə müqayisə edirlər. Rəncbər, Kəndxuda, Cüssə, Heybətli, Hovur. Hekayədə verilən fikirlərlə insanın real həyatı arasında əlaqə yaradıram həyatın da müvəqqəti yuxu olduğu vurğulanır.


Tədqiqat sualı:

Hekayədə mürəkkəb  sözləri  necə müəyyən etdiniz?

Şəkil üzrə kollektivlə birlikdə izahat aparılır.



Şagirdləri qruplara bölürəm və tapşırıqların icrasını tapşırıram.

   Şanapipik  qrupu.
            
Mürəkkəb  sözləri  sadə  sözlərə  ayırın:
qızılgül, ürəyiaçıq, yastıdaban, qısaqol, qaramal, ağbəniz,  xoşbəxt, kəklikotu, meşəbəyi, qaratoyuq, aşsüzən, boşqab.
      1-ci  sadə  söz                                 2-ci  sadə  söz
........................................                 ............................  ........................................                 ............................                             ........................................                 ............................        .......................................                  ............................
........................................                 ............................        






Hər  cümlədə  mürəkkəb  sözü  tapın. Tərkibində mürəkkəb söz olan bir cümlə yazın.
Qaş  qaralanda  şələquyruq   tülkü  kəndə   tərəf   götürüldü.
Aşsüzən  mətbəx  əşyasıdır.
Yeni  gələn  şagird  girdəsifət  və  uzunsaçlı idi.
İtburnu  faydalı  bitkidir.


  Ağacdələn  qrupu
      
Aşağıdakı  sözlərin  içərisindən  mürəkkəb  sözləri  seçin  və  onlardan  ikisini  cümlədə  işlədin.
    Kəklikotu, qarışqa, istiot, meşəbəyi, ucaboy, ipəkqurdu,yardım, enlikürək, düymə, güllü.
...................................................................................
...................................................................................
...................................................................................

Sağ  sütundakı  sölərdən  sol  sütundakı  sözlərə uyğun  
gələni  əlavə  etməklə  mürəkkəb  söz  düzəldin.2  sözü  cümlədə  işlədin.
Boş                      göz          ..............................................
It                         quyruq    ...............................................
Qızıl                    bucaq      ...............................................
Çəp                     dələn        ................................................
Şələ                     burnu      ................................................
Ağac                   gül           .................................................
Kəklik                 göz           ................................................
Üç                       otu           .................................................
Ac                       qab 

   Dəvəquşu  qrupu.
              
Verilmiş  sözlərə  başqa  sözlər  əlavə  etməklə  mürəkkəb  sözlər  düzəldin.
              Sarı+........................à...........................
                Qara+.......................à..........................
                Qırmızı+................. à...........................
                Çəp+....................... à.........................
                Qısa+..................... .à.........................

Əlamət  və  ad   bildirən  sözlərdən  əmələ  gələn  mürəkkəb  sözləri  seçin  və  ikisini  cümlədə  işlədin.
          
Yastıdaban, göydəndüşmə, əyripəncə, dəvəquşu, açıqürəkli, qaraqaş, quzuqulağı, giləmeyvə, ağsaqqal.
...........................................................................................................................................................

   İnformasiya mübadiləsi :
 Qrupların seçdiyi nümayəndələr görülən işləri təqdim edirlər, iş vərəqləri lövhədən  asılıır.   (eyni vaxtda)                                  







 İnformasiyasının müzakirəsi :
      Mürəkkəb  sözləri  əmələ  gəlmə yollarına   görə  qruplaşdıraq.
 çobanyastığı,  gec-tez,  yavaş-yavaş,  gül-çiçək,  az-çox, söz-söhbət,  bərk-bərk,  qatar-qatar,  gecə-gündüz,  qızılgül.    
      
Yaxın mənalı  (söz+ yaxın mənalı  söz)
Müxtəlif mənalı  sözlərin birləşməsi
Əks mənalı (söz+əks mənalı  söz)
Sözlərin   təkrarından  yarananlar.


 Nəticə və ümumiləşdirmə :

Şagirdlərin diqqətini tədqiqat sualına yönəldirəm. Şagirdlərlə birlikdə təqdimatın    və müzakirənin nəticələrini ümumiləşdirirəm.

  


Yaradıcı tətbiqetmə.
Aşağıda verilmiş inkişafetdirici oyun vasitəsilə yaradıcı tətbiqetmənin mənimsənilməsini müşahidə edirəm.



Şagirdlərə qiymətləndirmə vasitələrini paylayıram test tapşırıqlarını hazırlayirlar.
1.Hansı  mürəkkəb  söz  deyil?
A) yasəmən
B) novruzgülü
C) Qızılgül
2.Mürəkkəb  sözlərdən  hansı  səhv  yazılıb?
A)  qoyun-quzu
B) alqı-satqı
C) qara-gilə
3.  Hansı   mürəkkəb  sözdə  əks mənalı  sözlər  birləşib?
A) ağ-qara
B)kələ-kötür
C) tez-tez
4. Hansı  sözün  təkrarından  mürəkkəb  söz  yaranır?
A)    təyyarə                      B) avtobus             C) qatar
5.  Hansı  atalar  sözündə  daha  çox  mürəkkəb  söz  var?
A) Halva-halva  deməklə  ağız  şirin  olmaz.
B) Dama-dama  göl  olar,  dada -dada heç.
C) Böyüyün  sözünə  baxmayan  böyürə-böyürə  qalar.
6.  Ardıcıllığı  hansı  söz  tamamlayır?
Qohum-qardaş, yorğan-döşək, oğul-uşaq..........
         qayda-qanun              B) yavaş-yavaş              C) baş-ayaq
7. Adət  sözü  hansı  sözlə  birləşib  mürəkkəb  söz  əmələ  gətirir?
A) milli                          B) ənənə            C) bayram 






Qiymətləndirmə.

Qiymətləndirmə cədvəli
Ad, soy ad
Aydın olmayan sözlərin mənasını aydınlaşdırır və lüğətdə verilmiş izahla müqayisə edir.
Mətndəki əsas fikri müəyyənləşdirən cümlələri seçir.
Qrammatik tələblərə uyğun yazır.
Orfoqrafik normalara uyğun yazır.
Əhmədli Aydan
_____________
_____________




Ev tapşırığı :

Mürəkkəb sözlər işlətməklə  kiçik həcmli hekayə qurun.
                                                                                                        




İmza:                                                                                                    Hətəmova Cəmilə

Tarix:                                                
                                













10 комментариев: